- Köhnə - Hadisə
- 12 İyun 2015 09:14
- 2 570
Tovuzda 2 avtomobil toqquşdu, yanğın oldu
Tovuz rayonunda 2 avtomobil toqquşub.
AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Aşağı Ayıblı kəndində qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "Qazel" markalı yük avtomobili toqquşub.
Nəticədə yanğın baş verib. Yanğın nəticəsində yük avtomobilinin kabinası və qabaq sol şini yanıb.
Minik avtomobili və yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.