- Köhnə - Hadisə
- 5 Yanvar 2016 15:18
- 4 735
Azərbaycanlı aktyor qəzaya düşdü - Anası ilə birlikdə

Azərbaycanlı aktyor Ruslan Sabirli qəzaya düşüb.
Bu barədə aktyor özü məlumat verib. O bildirib ki, yanvarın 3-də axşam saatlarında Bakı-Sumqayıt yolunda idarə etdiyi "Hyundai" markalı avtomobil elektrik dirəyinə çırpılıb: "Anamla birgə bibim oğlunun toyuna gedirdik. Qəflətən qəza keçirdik. Yaxşı ki, özümüzə bir şey olmadı. Amma avtomobilim əzildi, 2 min manat ziyana düşdüm. Yeni ilin ilk həftəsi mənə düşərli olmadı".
Qeyd edək ki, R.Sabirli "Həyat varsa", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında rol alıb.
Lent.az