Qadının boşanmaq istəməsi onu qəzəbləndirib Qadının boşanmaq istəməsi onu qəzəbləndirib

Bakıda ər xanımına ərizə yedizdirdi – SƏBƏB

Qadının boşanmaq istəməsi onu qəzəbləndirib



Bakıda mütəmadi olaraq həyat yoldaşına qarşı zorakılıq edən ər boşanmaq istəyən qadını cəzalandırmaq üçün görünməmiş üsula əl atıb. Belə ki, 19 yaşlı qadının onu döydüyünə görə ərini məhkəməyə verəcəyini və qanunla cəzalandıracağını bildirməsi 29 yaşlı əri qəzəbləndirib.

Gənc qadını "qanun dili ilə danışmaqda" günahlandıran ər yazdığı ərizəni cıraraq onun özünə yedizdirib.

Boğulmaq həddinə gələn qadın 5 aylıq körpəsi ilə birlikdə "Təmiz dünya" İctimai Birliyinə müraciət edib: "Qadın bu faktı ən yaxın adamlarından, hətta anasından belə gizlədib. Mütəmadi olaraq əri tərəfindən döyüldüyündən baş verənlərin bir çoxu barədə danışmayıb".

Hazırda cütlük boşanmaq üçün müvafiq qurumlara müraciət edib.

Elnarə Əlosmanqızı
Aznews.az