Türkiyə Superliqasının 20-ci turunda evində “Karabükspor”la (2:2) bərabərə qalan “Beşiktaş” daha bir şok hadisə ilə üzləşib. Türkiyə Superliqasının 20-ci turunda evində “Karabükspor”la (2:2) bərabərə qalan “Beşiktaş” daha bir şok hadisə ilə üzləşib.

Millimizin rəqibi hücumçusunu itirdi

Türkiyə Superliqasının 20-ci turunda evində “Karabükspor”la (2:2) bərabərə qalan “Beşiktaş” daha bir şok hadisə ilə üzləşib.



İstanbul klubunun hücumçusu Uqo Almeyda zədələnərək 1.5 ay komandasına kömək edə bilməyəcək.

Belə ki, dizindəki zədə səbəbi ilə ötən həftə "Qalatasaray"la (2:1) derbi matçında iştirak etməyən portuqaliyalı futbolçu, müalicəsinin ardından iki məşqə qatılaraq "Karabükspor" qarşılaşmasının ilk "11-lik"ində meydana çıxıb. Lakin matçın 13-cü dəqiqəsində Almeyda yenidən zədələnərək oyunu sona qədər davam etdirə bilməyib. Daha sonra tibbi müayinədən keçən Uqonun sağ ayağının arxa tərəfində yırtıq aşkarlanıb.

Qeyd edək ki, Portuqaliya yığmasının baş məşqçisi Paulu Bentu Uqo Almeydanı DÇ-2014-ün seçmə mərhələsində İsrail və Azərbaycan milli komandaları ilə oyun öncəsi 23 nəfərlik heyətə dəvət edib. Əgər forvardın gələn ay millimizlə qarşılaşmasına qədər zədəsi tam hazır olması, onda o, Berti Foqtsun yetirmələrinə qarşı forma geyinə bilməyəcək. Bu oyunlardan öncə isə portuqaliyalılar fevralın 6-da Ekvadorla yoldaşlıq görüşündə qüvvəsini sınayacaqlar.

AzNews.az