Messi növbəti klubunun adını açıqladı


Barselonanın ulduz oyunçusu Leonel Messi gələcəkdə futbol həyatını köhnə klubu Nevels Old Boys-da bitirəcəyini deyib.
AzNews.az xəbər verir ki, Futbolu anadan olduğu torpaqda - Argentinada bitirmək istədiyini bildirən ulsuz futbolçu son açıqlamasında "Nə olacağını bilmirəm, ancaq, gələcəkdə Argentinada futbol oynamaq və futbolu Nevels Old Boys-da buraxmaq istəyirəm" sözlərini işlədib.


Argentinaya nə zaman dönəcəyi ilə bağlı verilən sualı da cavablandıran Messi, bunun dəqiq vaxtını bilmədiyini deyib.

Qeyd edək ki, Messinin 2018-ci ilə qədər Barselona ilə müqaviləsi var.

Fərid
AzNews.az