Avropanın bəzi dövlətləri radikal inancların qarşısını almaq, neoimperailizm siyasətinin yeni düsturlarını ortaya atmaq üçün, idarəolunan demokratik rejimlər qurmağa çalışırlar Avropanın bəzi dövlətləri radikal inancların qarşısını almaq, neoimperailizm siyasətinin yeni düsturlarını ortaya atmaq üçün, idarəolunan demokratik rejimlər qurmağa çalışırlar

Yaxın Şərqdən Azərbaycana daha bir avantüra təhlükəsi

Avropanın bəzi dövlətləri radikal inancların qarşısını almaq, neoimperailizm siyasətinin yeni düsturlarını ortaya atmaq üçün, idarəolunan demokratik rejimlər qurmağa çalışırlar

İraqda yaşayan yerli türkmanların gah “Bayat Türkləri”, gah “İraq Türkmanları”, gah da “Mosul Türkləri” adlandırmışlar. Ərbil, Mosul, Kərkük, Təlləfər, Altınköprü, Tuzhurmatu, Kifri, Qara Təpə, Xanəkin, Mendeli və digər bölgələrdə toplam 3 milyondan çox türkman yaşayır. Hətta paytaxt Bağdadın bir çox məhəllələri türkmanlardan ibarətdir.

İraq əhalisinin 8.64 faizi türkmanlardan ibarətdir. Türkmanlar daha çox dünyəvi icma olsa da, 2002-ci ildə İraqın işğalından sonra digər ölkələrin təsirilə türkmanlar süni şəkildə “sünnü-şiə” icmalarına bölünüblər. Beləliklə də toplumun 60 faizi sünni, 40 faizi şiə olan türkmanlar məzhəb zəminli vətəndaş müharibəsinin acılarından əzab çəkirlər.


Din, dil, məzhəb və assimliasiya zolağındakı faciələr

İraq türkman dialektləri Azərbaycan dilinin dialektləri sayılır. İraqda BƏƏS rejimi zamanı türkmanların yaşadıqları bölgələr süni şəkildə ərəb və kürdlərə bağlı bölgələrə birləşdirilmişdir. Bütün bunlar azmış kimi, İraqın digər bölgələrinə çoxsaylı türkman tayfaları sürgün edilmişdir.

Bütün bunlar azmış kimi, türkmanlar “sünnü-şiə” qruplaşmalarına bölərək vahid etnos kimi formalaşmasının qarşısı alınıb. Yaxın Şərqin “İŞID” adlı bəlasının başına bizim soydaşlarımızın gətirilməsi türkmanların önə çıxarılması dərin siyasi hədəflərin faciəsinin təməli deməkdir. Yəni Yaxın Şərqdə fərqli inanclar adı altında türkü türkə qırdırmaq, onlara aid torpaqlarını ələ keçirmək və zənginliklərini sömürmək kimi hədəflər göz önündədir.

“SEPAH”la “İŞID”ın üz-üzə gəlməsi və yeni türk soyqırımı ssenarisi

Etnik mənşəyi türkman olan Abdallah Qardaşın “İŞID”ın rəhbərliyinə gətirilməsi, özəlliklə də TəlƏfər (Telafer) şəhərində peyda olması gözlənilən yeni faciələrin təməli deməkdir. Belə ki, türkman şəhəri olan Telaferdə 2002-ci ilə kimi 450 min nəfər türkman əhalisi yaşayırdı. ABŞ və onun müttəfiqlərinin İraqı işğalından sonra Tələfərdə 150 min nəfər əhali yaşayır. Şəhər əhalisi başqa ölkələrə qaçıb getməyib, onlar Qərbin qırıcı təyyarələri və uzaqvuran topları sayəsində soyqırım edildilər. 10 mindən çox türkman bu gün İraq rejiminin həbsxanalarında işgəncələrə məruz qalıblar.

Bütün bunlar azmış kimi, İran molla rejiminin İraqdakı dayaqları olan və SEPAHın idarə etdiyi “Həşd əş Şəəbi” hərbi birləşmələrində cəfəri (şiə) inanclı türkmanlar “İŞID”a qarşı silahlandırılıblar. Xarakteri və mahiyyəti etibarı ilə antitürk siyasət yürüdən bu iki qrupun tək amacı din, məzhəb və təriqət adı altında türkman soyqırımını davam etdirməkdir.

İraqda Tazehurmatu, Bayat, Kifri, Qaratəpə, Xanəkin, Gözlərbat, Karağan, Şahraban, Bədrə, Qazaniyə, Məndəli, Mosul, Telafer, Sarovlu, Abbasiyə, Əbhaz, Ağqoyun, Albək, Alku, Arpac, Babniyət, Bahamza, Baştutmaz, Baybu, Bavizə, Bədənə, Bekta, Besan, Bektaş, Ciləvan, Çinci, Dəravi, Qazixan, Göyçəli, Həmdaniyə, Xaraba, Xarabsultan, Xavar, Xəznətəpə, Qaziyə, Qaraquş, Qaratəpə, Qaraqoyun, Şəbək, Qarayata, Kəbirli, Kəhriz, Kələk, Kələtə, Kəprəsor, Minarə, Ortaxarab, Ömərqan, Ömər Qayac, Rəşidiyə, Salamiyə, Seyidlər, Şeyxəmir, Təhrava, Tərcilə, Təvfikiyə, Torpaqziyarət, Torvaza, Yarımca, Yeni Basatlı, Anlatavi, Arxatəpə, Damlavaca, Dəvəboynu, Korquyu, Malverən, Sanbar, Tar, Sualtı, Üçtəpə və digər türkman bölgələri fərqli inancları daşımaqla həm də istənilən an vətəndaş savaşına sürüklənmə təhlükəsini yaşayırlar. İndi türkman bölgələri uğrunda digər gizli siyasi hədəflər irəli sürülməkdədir.

İran molla rejimi Azərbaycan Respublikasında öz strateji hədəflərini gerçəkləşdirmək üçün bir sıra sosial təsislərini qurubdur. “Hüseyniyyun”, “Əhli Beyt”, “Müsəlman Birliyi Hərəkatı”, “Qarabağ İslami Müqavimət Hərəkatı”, “Mehdi Ordusu”, “Hizbullah”, “Fiqh Cəfəriyyə”, “İmamilər” və digər onlarca sayda yaradılan quruluşlarda təmsil olunan soydaşımızın Suriya və İraqda İran molla rejiminin idarə etdiyi hərbi düşərgələrdə təlim aldıqları Gəncə olayı zamanı özünü isbat etdi. Bununla yanaşı, Səudiyyə Ərəbistanı, Misir və digər müsəlman ölkələrindəki radikal dini-ideoloji şəbəkələr Azərbaycanda açıq şəkildə olmasa da, öz təsisatlarını yarada bilmişlər.

Avropanın bəzi dövlətləri radikal inancların qarşısını almaq, neoimperailizm siyasətinin yeni düsturlarını ortaya atmaq üçün, idarəolunan demokratik rejimlər qurmağa çalışırlar. Tunis, Əlcəzair, Misir, Nigeriya, İordaniya və digər ölkələri buna örnək göstərmək olar. Ancaq, o da bəllidir ki, təriqətlərə və məzhəblərə bağlı idarəetmə sistemi heç də uğurlu siyasət deyil. Bir zamanlar Türkiyədə “fətullahçı”, “süleymançı”, “nurçu” və digər quruluşların siyasət və demokratiya pərdəsi altında iqtidara gəlmələri, tədricən ölkəni dini xurafat məkanına çevirmək cəhdləri oldu. Onlar Azərbaycanda da öz şəbəkələrini qurmaqla hətta bəzi strukturların içinə belə, sıza bilmişdilər. Bu gün isə, cəmiyyətin sosial sifarişləri əsasında həmin çevrələr tamamilə kənarlaşdırılıblar. Bu, Azərbaycanın son illərdə sosial-ictimai baxımdan ən uğurlu addımlarından biri sayılır. Azərbaycanın Şərqin sabitlik və inkişaf adası kimi qalması naminə dövlətin yanında səf almaq, dövlətimizin milli hədəfləri çərçivəsində çox işlər görməliyik.

Ənvər Yusifoğlu