BP: Ceyhan terminalında xam neftlə bağlı məsələ artıq həll olunub

Hazırda Ceyhan terminalının bütün çənlərindəki xam neft qəbul olunmuş spesifikasiyaya uyğundur.

Bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, hazırda terminalda xam neftin tankerlərə yüklənməsi əməliyyatları normal rejimdə həyata keçirilir.

“Ceyhan terminalında xam neftlə bağlı məsələ artıq həll olunub”, - Tamam Bayatlı vurğulayıb.

Xatırladaq ki, cari ilin iyulunda BTC Co. şirkətinə (Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti) Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub. BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib.

AzNews.az