"Günay Bank" ASC "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ilə birləşmək niyyəti barədə protokol imzalayıb. "Günay Bank" ASC "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ilə birləşmək niyyəti barədə protokol imzalayıb.

Azərbaycan bankları birləşmək barədə protokol imzalayıblar

"Günay Bank" ASC "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ilə birləşmək niyyəti barədə protokol imzalayıb.


Bunu "Günay Bank"ın İdarə Heyətinin sədri Emin Ağayev deyib.

Onun sözlərinə görə, proses davam edir: "Biz artıq protokollar imzalamışıq, onları müvafiq strukturlara təqdim etmişik. Bu olduqca çətin və uzun prosedir. Bildiyiniz kimi Mərkəzi Bank "Atrabank" və "Qafqaz İnkişaf Bankı"ın lisenziyalarını geri çağırıb, bu isə prosesi yubandırır".

E.Ağayev qeyd edib ki, banklar birləşmək barədə razılığa gəlməsələr, "Günay Bank" konsolidasiya üçün alternativ variantları nəzərdən keçirəcək: "Bildiyiniz kimi, daha əvvəl digər banklarla birləşmə məsələsini müzakirə etmişik, indi isə "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ilı müzakirə edirik. Əgər alınmasa, digər banklarla razılaşacağıq. Bəyan etmək istəyirəm ki, "Günay Bank" birmənalı olaraq Azərbaycanın bank bazarında qalacaq".

Trend.az