Cari ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,1% artaraq 363,4 mln. manat təşkil edib. Cari ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,1% artaraq 363,4 mln. manat təşkil edib.

Bakıda sement istehsalı 25% artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,1% artaraq 363,4 mln. manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən AzNews.az-a verilən məlumata görə, sementin istehsalı 25,2%, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,4 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 30,1%, tikinti kərpicinin istehsalı 67,5% artıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 410,6 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 0,1%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 17%-lik azalma müşahidə olunub. On ay ərzində sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı 5,6 dəfə, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 2,4 dəfə artıb.