Bələdiyyələrin fəaliyyətinin canlandırılması, eləcə də bu qurumların maddi imkanlarının genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb. Bələdiyyələrin fəaliyyətinin canlandırılması, eləcə də bu qurumların maddi imkanlarının genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb.

Bələdiyyələr üçün yeni təkliflər - VİDEO

Bələdiyyələrin fəaliyyətinin canlandırılması, eləcə də bu qurumların maddi imkanlarının genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb.


AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, paytaxtda sənədsiz evlərin qeydiyyata alınmaması bələdiyyələrin gəlirlərinə mənfi təsir göstərir. Çünki bələdiyyələr hüquqi statusu olmayan mənzillərdən vergi yığa bilmir.

Bələdiyyələr üzrə ekspert Vüqar Tofiqlinin sözlərinə gərə, Bakı və Bakıətrafı ərazilərdə 550 mindən artıq sənədsiz mənzil var:

"Bu siyahıya yeni tikililəri, o cümlədən mənzillərdə aparılan artırmaları da əlavə etsək rəqəm bir qədər də arta bilər. Təxmini hesablamalara görə sənədsiz mənzillərin ümumi həcmi üst-üstə 3 milyon kvadrat metr yaşayış sahəsi təşkil edir. Demək, Bakı bələdiyyələri il ərzində orta hesabla 1,2 milyon manat vəsait itirirlər. Təsəvvür edin ki, bu məbləğə kifayət qədər böyük layihələr icra etmək mümkündür".

Məhz bu səbəbdən təklif olunur ki, evlərin sənədləri olmasa belə onlar əmlak vergisinə cəlb olunsun. Bu, həm də dövlət qurumlarının evlərin sənədləşməsində maraqlı olmasına, bələdiyyələrin maddi vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər.

Bundan başqa artıq sıradan çıxmaqda olan mənzil istismar sahələrinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi təklif edilir. Millət vəkili Arif Rəhimzadə hesab edir ki, MİS-lərin arayış vermək səlahiyyəti "ASAN xidmət"ə keçdikdən sonra qalan funksiyalar da bələdiyyələrə verilə bilər.

"Əhali ya gərək hansısa bir təşkilatla müqavilə bağlasın, yaxud da bunun öz üzərinə götürüb bir təşkilat yaratsın və s. Bu gün Bakının özündə belə bir təşkilat varmı? Məhz insanların fəalılığı artmadıqca MİS kimi bir təşkilata ehtiyac olacaq. Bundan başqa MİS-in digər funksiyaları da var. Məhz bu funksiyaların hamısını bələdiyyə öz üzərinə götürəndən sonra, MİS-ə ehtiyac qalmayacaq", – deyə Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Hazırda bələdiyyələr daxilində vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu ilə bağlı proqram hazırlanıb. Əmlak vergisi də məhz bu proqram təminatına əsasən yığılacaq. Artıq sənəd bütün bələdiyyələrə paylanıb.