XİN-nin müxtəlif idarələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Həmçinin Kanada və Almaniyada diplomat olub XİN-nin müxtəlif idarələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Həmçinin Kanada və Almaniyada diplomat olub

İran Xarici İşlər Nazirliyinin yeni sözçüsünün adı açıqlandı

XİN-nin müxtəlif idarələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Həmçinin Kanada və Almaniyada diplomat olub

İran Xarici İşlər Nazirliyinin yeni sözçüsünün adı bəlli olub.

AzNews.az-ın məlumatına görə, xarici işlər naziri Məhəmməd Cavad Zərif yeni sözçü vəzifəsinə XİN-in beynəlxalq və siyasi araşdırmalar mərkəzinin araşdırmalar üzrə idarə rəisinin müavini Səid Xətibzadəni təyin edib.

Qeyd edək ki, S.Xətibzadə 21 ildir ki, XİN-də çalışır. XİN-nin müxtəlif idarələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Həmçinin Kanada və Almaniyada diplomat olub.

Xatırladaq ki, sabiq XİN sözçüsü Abbas Musəvi prezident Həsən Ruhaninin sərəncamı ilə İranın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunub.