Girov götürülən fəhlə amansızlıqla öldürüldü



AzNews.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə fevralın 16-da Nigeriyada girov götürülən İngiltərəli tikinti işçisi qəddarlıqla öldürülüb. Xatırladaq ki, girovlar ölkənin şimalındakı Bauçi əyalətində tikinti sahəsinə qəfil hücum zamanı götürülmüşdülər.

İngiltərənin Xarici işlər naziri Villiam Hague qətli amansız cinayət aktı adlandırıb. Cənab Hague öz bəyanatında başqa millətlərdən olan digər altı nəfərlə bərabər faciəli şəkildə öldürülən Britonun ölümünü dərin təəssüf hissi ilə qəbul etdiyini bildirib. Onun sözlərinə görə bu faciəvi nəticənin cavabdehliyi birmənalı olaraq terroristlərin üzərində qalır.

Şənbə günü yayılan online bəyanatda cinayətkar qrup Ansaru girovların ölümünə görə məsuliyyəti öz üzərinə götürüb. Onların sözünə görə girovların ölümünə səbəb Britaniya və Nigeriya qüvvələrinin qurtarma cəhdləri olub.

Şamxal Əvilov
AzNews.az