- Köhnə - Kriminal
- 21 Avqust 2013 14:11
- 2 747
Azərbaycanlı tələbə Rusiyada güllələndi
Lent.az-ın "Baltİnfo"ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında Baltiysk küçəsində baş verib.
Zərərçəkən həmyerlimizin adı açıqlanmasa da, Aerokosmik Cihazqayırma Universitetin I kurs tələbəsi olduğu bildirilir. O, açıqlamasında bildirib ki, hücum edən şəxs slavyan görkəmli və kamufulyajda olublar. Tələbə onu yerə yıxana cavab vermək istədikdə daha bir naməlum şəxs zərərçəkənə tərəf 5 dəfə atəş açıb.
Hazırda polis tələbəyə hücum edənləri axtarır.
AzNews.az