Salvadorda Xorxe Alberto Qonsales adlı şəxs başında bir neçə sm-lik bıçaqla 18 il yaşayıb Salvadorda Xorxe Alberto Qonsales adlı şəxs başında bir neçə sm-lik bıçaqla 18 il yaşayıb

Başında 10 sm-lik bıçaqla 18 il yaşadı- FOTO

Salvadorda Xorxe Alberto Qonsales adlı şəxs başında bir neçə sm-lik bıçaqla 18 il yaşayıb



Ancaq bu günlərdə həkimlər onu əməliyyat edərək başındakı bıçağı çıxarıblar. Bıçağın tiyəsinin uzunluğu 10 sm olub.
Yerli mətbuatın məlumatına görə, bıçaq çəkməçi işləyən şəxsin başına 1995-ci ildə girib. Çəkməçiyə hücum edərək ayaqqabı yapışqanını almaq istəyən toksikomanlarla aralarında yaranan münaqişədə ona bıçaqla zərbə endirilib. Əvvəlcə həkimlər bıçaq tiyəsinin onun başında qalmadığını, ancaq yaralayıb çıxdığını güman etsələr də, 2007-ci ildə məlum olub ki, tiyə onun başında qalıb.
Tiyənin çəkməçinin başından çıxarılması üçün əməliyyat 7 saat davam edib.

Elnarə
AzNews.az
image description image description