- Köhnə - Maraqlı
- 7 May 2014 13:04
- 9 553
Dünyanın ən böyük gözəllik yarışması Bakıda - FOTOLAR
Rasim Aydının sözlərinə görə, "Miss Globe İnternational" –ün 89-cu finalının Bakıda keçirilməsi dünyanın diqqətinin bir daha Azərbaycana yönəlməsini şərtləndirəcək və ölkəmizin beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verəcək. "Miss Globe İnternational" Merac Production və Signs Art Adventure şirkətinin birgə təşkilatçılıgı ilə baş tutacaq. Signs Art Adventure şirkətinin prezidenti və layihənin rəhbəri Nigar Məmmədovanın sözlərinə görə, 1925-ci ildən etibarən hər il fasilə verilmədədn keçirilmən yarışmanın 89-cu finalının möhtəşəm olması üçün peşəkar komanda bir araya gəlib. Bu il ən azı 100 ölkədən olan gözəl qızlar Xəzərin sahilindəki möhtəşəm sarayın səhnəsində "Miss Globe İnternational" –un 89-cu finalında mübarizə aparacaqlar.
Ümumilikdə "Miss Globe İnternational" müsabiqəsinin dünyanın 162 ölkəsində rəsmi təmsilçisi vardır ki, onlardan 25 –i Bakıda keçiriləcək yarışı izləmək üçün Azərbaycanın paytaxtına gələcəklər. Dünyanın müxtəlif ölkələrində bu müsabiqəyə böyük maraq olduğundan "Miss Globe İnternational" yarışmasının finalı dünyanın ən az 70 ölkəsinin geniş auditoriyaya malik telekanalları vasitəsilə yayımlanacaq. "Miss Globe İnternational" iki mərhələdən ibarətdir. Birinci mərhələ "Miss Globe National Baeuty" müsabiqəsidir. Milli finallarda qələbə qazanaraq öz ölkələrinin ən gözəli seçilmiş qızlar ikinci mərhələyə vəsiqə qazanaraq güclərini "Miss Globe İnternational" yarşmasında sınamaq imkanı əldə edirlər.
Yaxın günlərdə "Miss Globe Azerbaijan"ı seçmək üçün kastinq elan olunacaq. Mayın 20-30 tarixləri arasında kastinq yekunlaşacaq və ölkəmizi bu nüfuzlu beynəlxalq gözəllik yarışmasında təmsil edəcək Azərbaycan gözəli müəyyən olunacaq. "Miss Globe İnternational"-ın 89-cu finalı iyunun 21-də Crystall Hall-da keçiriləcək.



İntiqam Valehoğlu
AzNews.az