18-25 yaşlı subay qızlar üçün xəbər- FOTO

İyunun 21-də "Chrystall Hall"da baş tutacaq "Miss Globe İnternational" beynəlxalq gözəllik yarışmasının yerli seçim turuna start verilib.
Təşkilat komitəsidən AzNews.az-a daxil olan məlumata görə may ayının 16,17, və 18-i "Kempinski" otelin 6-cı mərtəbəsində yerləşən "Possedion" restoranında sənədlərin qəbulu aparılacaq.

Dünyaca məşhur müsabiqənin 89-cu finalında iştirak etmək üçün "Miss Globe Azerbaijan" yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə əmin olan 18-25 yaş arası subay qızlar qatıla bilər.

May ayının 25-də isə münsiflərin seçimi ilə "Miss Globe İnternational- Azərbaycan" adına layiq görüləcək iştirakçının adı məlum olacaq.

İntiqam
AzNews.az