İran kinorejissoru, ölkədə yeganə “Qızıl palma budağı” mükafatının sahibi Abbas Kiarostami vəfat edib. İran kinorejissoru, ölkədə yeganə “Qızıl palma budağı” mükafatının sahibi Abbas Kiarostami vəfat edib.

Məşhur kinorejissor vəfat etdi

İran kinorejissoru, ölkədə yeganə “Qızıl palma budağı” mükafatının sahibi Abbas Kiarostami vəfat edib.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 76 yaşlı kinorejissor mədə-bağırsaq traktı xərçəngindən dünyasını dəyişib. Bu ilin mart ayında xərçəng diaqnozu qoyulan Kiarostami ömrünün son günlərində Fransada müalicə alıb.

Qeyd edək ki, Rejissor 1997-ci ildə "Albalı dadı" filminə görə Kann kinofestivalında mükafata layiq görülüb. Kiarostami bütöv bir nəsil İran rejissorlarına təsir göstərib. Həmin rejissorlar ölkənin kinomotoqraf nüfuzunu möhkəmləndiriblər.

Aydan AXUNDOVA