Bu gün əməkdar artist, Akademik Milli Dram Teatrının mərhum aktyoru Ələsgər Məmmədoğlunun anım günüdür. Bu gün əməkdar artist, Akademik Milli Dram Teatrının mərhum aktyoru Ələsgər Məmmədoğlunun anım günüdür.

“Hər şey atamın sağlığına kimi imiş, öldü...” - Əməkdar artistin xatirəsinə (Fotolar)

Bu gün əməkdar artist, Akademik Milli Dram Teatrının mərhum aktyoru Ələsgər Məmmədoğlunun anım günüdür.

Mərhumun qızı Vəfa Abdullayeva AzNews.az-a açıqlamasında Ələsgər Məmmədoğlunun qəbrinin ziyarət ediləcəyini bildirib:

“Atam həmişə ailədə yad edilir. Artıq iki ildir ki, atam aramızda deyil. Onun dünyasını dəyişdiyi gün evimizə qohum-əqraba, dostlar gəlir. Çox sağ olsunlar. Sabah onun qəbrini ziyarət edəcəyik”.

Vəfa Abdullayeva qeyd edib ki, Ələsgər Məmmədoğlu dünyasını dəyişən gündən Akademik Milli Dram Teatrının kollektivi onu yad etməyib:

“Açığı heç kəsi gözləmirik. Yəqin ki, gəlməyəcəklər. Birinci ildönümündə az da olsa kimlərsə atamı yad etdi. Amma o vaxtdan bu günə kimi bir nəfər olsun belə Ələsgər adında aktyoru yada salmadı. Axı, atam da o teatrın aktyoru olub. Bir dəfə də olsun maraqlanmadılar. Xeyir işlərində də yada salmayıblar. Hər şey atamın sağlığına kimi imiş, öldü, vəssalam”.

Mərhumun qızı atasının yoxluğu ilə barışmadığını vurğulayıb:

“Hər axşam yolunu gözləyirik, elə bilirəm bu saat qapıdan girəcək”.

Bahar RÜSTƏMLİ

AzNews.az