Görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Tahir Əkbərlə hazırda Təzə Pir məscidində vida mərasimi keçirilir. Görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Tahir Əkbərlə hazırda Təzə Pir məscidində vida mərasimi keçirilir.

Tahir Əkbərlə vida mərasimi: Elza Seyidcahan özünü günahkar bildi - Foto

Görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Tahir Əkbərlə hazırda Təzə Pir məscidində vida mərasimi keçirilir.

"Publika" xəbər verir ki, vida mərasimində bəstəkarın ailə üzvləri və yaxınları ilə müğənni Elza Seyidcahan, Aybəniz Haşımova, Zöhrə Abdullayeva, Faiq Sücəddinov, Hacı Nuran və başqa tanınmış sənət adamları iştirak edib.

Göz yaşlarını saxlaya bilməyən Elza Seyidcahan təəssüratlarını bizimlə bölüşüb.

E.Seyidcahan etiraf edib ki, bəstəkarın son günlərində onun yanında olmadığı və ona dəstək ola bilmədiyi üçün özünü günahkar hiss edir:

“Çox sarsılmışam, özümü bağışlaya bilmirəm ki, onu görməyə getmədim. Tahir Əkbərin ölümü Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Ruhu şad olsun”.

image description image description