- Köhnə - Mədəniyyət
- 9 Mart 2018 10:50
- 10 766
Bakıda aktyor qarət olunub - Hədiyyələr aparılıb
Aktyor Elşən Hacıbabayev qarət olunub.
AzNews.az xəbər verir ki, onun avtomobilindən oğurluq edilib. Bu barədə aktyorun özü sosial şəbəkədə məlumat verib.
“Avtomobilin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. Həmin hədiyyələri 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ailə üzvlərimə almışdım”.
Qeyd edək ki, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilib.
Bahar RÜSTƏMLİ
AzNews.az