"Eurovision" Mahnı Müsabiqəsinin birinci qalibi isveçrəli Liz Assia 94 yaşında vəfat edib. "Eurovision" Mahnı Müsabiqəsinin birinci qalibi isveçrəli Liz Assia 94 yaşında vəfat edib.

“Eurovision”ın ilk qalibi dünyasını dəyişdi - Video

"Eurovision" Mahnı Müsabiqəsinin birinci qalibi isveçrəli Liz Assia 94 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə "Eurovision" Mahnı Müsabiqəsinin saytı məlumat yayıb.

1924-cü ildə İsveçrənin şimalındakı Rupersvil şəhərində anadan olan L. Assianın əsl adı Roza Mina-Şerer olub. Karyerasına rəqqas kimi başlayan L. Assia daha sonra mahnı oxumağa başlayıb. Müğənninin ən məşhur mahnısı 1950-ci ildə ifa etdiyi "O Mein Papa" olub. Dünyada bir çox xeyriyyə aksiyalarında iştirak edən L. Assia bir sıra filmlərdə də rol alıb. L. Assia 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən ilk "Eurovision" Mahnı Müsabiqəsində ifa etdiyi "Refrain" mahnısı ilə müsabiqənin qalibi olub.

Son illər L. Assia Fransanın Kann şəhərində yaşayıb.

AzNews.az