- Köhnə - Mədəniyyət
- 30 Mart 2018 17:55
- 8 624
İranda 2 milyon 700 min nəfər oxuyub-yazmağı bacarmır
İranda 2 milyon 700 min nəfər oxuyub-yazmağı bilmir.
AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İranın təhsil nazirinin müavini Əli Bəkirzadə bildirib ki, ölkənin bəzi əyalətlərində hər 100 nəfərdən 30-u oxuyub-yazmağı bilmir. Bəkirzadə əlavə edib ki, ölkədə 10-49 yaş arası təxminən 2 milyon 700 min nəfərin savadı yoxdur. Onların 1 milyon 800 minini qadınlar təşkil edir.
Valideynləri savadsız olan 17 yaşdan kiçik olan uşaqların əksəriyyəti məktəbə getməyiblər.
Qeyd edək ki, 2016-cı ilin statistikasına görə, İranda 79,9 milyon adam yaşayır.