- Köhnə - Mədəniyyət
- 3 Aprel 2018 14:41
- 13 465
Azərbaycan elm və ədəbiyyat diyarı kimi müzakirə edilib - Misirdə
Misirin mötəbər universitetlərindən biri olan Ayn Şəms universitetində "Misirdə Şərq araşdırmalarının yaranması və inkişafı mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycanı “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov təmsil edib.
S.Nəsirov çıxışında Azərbaycanla Misir arasında tarixi əlaqələr və Azərbaycanın elm və ədəbiyyat diyarı olduğunu ərəb mənbələrinə istinad edərək bəyan edib. Onun bu mənbələrə əsasən göstərdiyi sübutlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransda Misirin inkişafında müstəsna rol oynamış əslən azərbaycanlı olan tarixi şəxslərdən də söhbət açılıb. S.Nəsirov bu gün Misirin müxtəlif universitetlərində diasporamız tərəfindən 600-dən çox tələbəyə Azərbaycan dilini tədris edildiyini qeyd edib. O çıxışının sonunda Azərbaycan dili və ədəbiyyatını daha da dərindən öyrənilməsi təklifini irəli sürüb. Nəsirvun bu təklifi iştirakçılar tərəfindən dəstəklənərək konfransın yekun tövsiyələrinə daxil edilib.
Qeyd edək ki, konfransda AMEA Nizami Gəncəvi adına ədəbiyyat inistitutunun şöbə müdiri filologiya elmləri doktoru professor İmamverdi Həmidov da iştirak edib.
AzNews.az