- Köhnə - Mədəniyyət
- 17 May 2018 12:56
- 10 006
Tutulan aktrisanın serialı bitir
Türkiyəli aktrisa Gizem Karacanın narkotik ticarəti ilə bağlı həbsindən sonra rol aldığı serial bağlanır.
“Qafqazinfo” xəbər verir ki, məhkəmə tərəfindən dörd il iki ay həbs cəzası alan aktrisanın Kanal D-də yayımlanan “İnsanlık Suçu” bu həftə bitir.
Serial sonuncu dəfə şənbə günü ekranlarda yayımlanacaq.
Qeyd edək ki, Gizmelə birgə aktyor Çağatay Ulusoy ( 4 il 2 ay), müğənni Cenk Eren ( 6 il 3 ay) həbs olunub.
AzNews.az