- Köhnə - Mədəniyyət
- 18 Mart 2013 15:00
- 2 511
“Heç bir aktyor mənə qadağa qoya bilməz”

AzNews.az-a verilən məlumata görə, Bakı Bələdiyyə Teatrının aktyorlarından bir neçəsi "Səhra yuxuları"nın səhnələşdirilməsinə etiraz səsini qaldırıb. Buna səbəb kimi isə sözügedən əsərin həddən artıq zəif olması və günün tələblərinə cavab verməməsi göstərilir.
"Səhra yuxular"nın rejissoru Rövşən Almuradlı da AzNews.az-a açıqlamasında tamaşanın məşqlərinin dayandırılmasını təsdiqlədi: "Bələdiyyə Teatrının vəziyyəti göz qabağındadır. Orada qış aylarında məşq etmək mümkün deyil. Bu səbəbdən də tamaşanın məşqlərinə ara verdik. O ki, qaldı mənə hansısa bir aktyorun qadağa qoymasına, bu real olmayan məsələdir. Çünki heç bir aktyor mənə qadağa qoya bilməz".
Bahar Rüstəmli
AzNews.az