“Teatrda deyirlər ki, Aygün, əvvəllər sənə atana görə hörmət edirdik, indi isə özünə görə”. “Teatrda deyirlər ki, Aygün, əvvəllər sənə atana görə hörmət edirdik, indi isə özünə görə”.

Hamlet Xanızadənin qızı: “Yoxluğunu hər gün hiss etmişik...”

“Teatrda deyirlər ki, Aygün, əvvəllər sənə atana görə hörmət edirdik, indi isə özünə görə”.

Bunu AzNews.az-a açıqlamasında mərhum Hamlet Xanızadənin qızı, əməkdar artist, Aygün Xanızadə bildirib. Onun sözlərinə görə, aradan 28 il keçməsinə baxmayaraq, Hamlet Xanızadənin yeri bu gün də görünür:

“Bu səhər iki bacı atamızın məzarını ziyarət etdik. Anam xəstə olduğundan gedə bilmir. Amma hiss edirik ki, ürəyi ordadır. Atasız yaşamaq çox çətindir. Bu illər ərzində onun yoxluğunu hər gün hiss etmişik. Hər dəfə dara düşəndə “kaş atam sağ olaydı” deyirik. Məclislərdə, yığıncaqlarda, elə teatrın özündə də atamın yeri görünür. Atamın dostları çox idi. Amma nə yazıq ki, bu gün o dövrün insanlarından çox az adam qalıb”.

Aygün Xanızadə qeyd edib ki, 3 ildir, menecer vəzifəsində işlədiyi Akademik Milli Dram Teatrında dünyasını dəyişən aktyorların övladlarına da diqqət göstərirlər: “Azər Paşa Nemətov məni dəvət etdi. Teatrda deyirlər ki, Aygün, əvvəllər sənə atana görə hörmət edirdik, indi isə özünə görə. Bu hörməti sən özün qazandın”. Fuad Poladov ailəmizin ən yaxın dostu idi. Tez-tez zəng edib, bizə gəlib hal-əhval tutardı. Təəssüf ki, ailəmizin ən yaxın dostunu da itirdk. Anamla onun həyat yoldaşı yaxın rəfiqədir. Xalq artisti Ramiz Məlik, Rafiq Əzimov, Hacı İsmayılov da bizi yad edən sənətkarlardandır”.

Qeyd edək ki, bu gün Hamlet Xanızadə 20 Yanvar facəisində ağır sarsıntı keçirmişdi. Həmin ağrılara tap gətirə bilməyən aktyor 1990-cı il fevralın 22-də dünyasını dəyişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az