“7 oğul istərəm” filmi deyiləndə həmişə göz önünə Cəlal gəlir. O, Cəlal ki, sevdiyi qız - Humayın həyatda sağ qalması üçün sinəsini güllə qarşısına verdi. Özü də “Yanıq kərəm”in sədaları altında “ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı” deyə tez ölməyi üçün yalvaran Cəlal... Kədər, qan, yaş dolu səhnələrlə milyonların qəlbində iz salan bu obrazı yaradan Ənvər Həsənov 67 yaşında xalq artisti adına layiq görüldü. “7 oğul istərəm” filmi deyiləndə həmişə göz önünə Cəlal gəlir. O, Cəlal ki, sevdiyi qız - Humayın həyatda sağ qalması üçün sinəsini güllə qarşısına verdi. Özü də “Yanıq kərəm”in sədaları altında “ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı” deyə tez ölməyi üçün yalvaran Cəlal... Kədər, qan, yaş dolu səhnələrlə milyonların qəlbində iz salan bu obrazı yaradan Ənvər Həsənov 67 yaşında xalq artisti adına layiq görüldü.

“Sevdiyim qız üçün sinəmi güllənin qarşısına verdim” - Xalq artisti

“7 oğul istərəm” filmi deyiləndə həmişə göz önünə Cəlal gəlir. O, Cəlal ki, sevdiyi qız - Humayın həyatda sağ qalması üçün sinəsini güllə qarşısına verdi. Özü də “Yanıq kərəm”in sədaları altında “ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı” deyə tez ölməyi üçün yalvaran Cəlal... Kədər, qan, yaş dolu səhnələrlə milyonların qəlbində iz salan bu obrazı yaradan Ənvər Həsənov 67 yaşında xalq artisti adına layiq görüldü.

AzNews.az Ənvər Həsənovun müsahibəsini təqdim edir.

-Ənvər müəllim, xalq artisti fəxri adına layiq görüldüyünüzü eşidəndə hansı hisslər keçirdiniz?

-Xalq artisti fəxri adına layiq görülməyim təsadüfü olmadı. Uzun illərdir ki, bu sənətdəyəm, amma bir dəfə də olsun kiməsə müraciət etməmişəm. Sənət adamlarının sənədlərinə baxılır, lazım bilirlərsə, təqdimat verirlər. Axşam saat hardasa 18:00 olardı. Evdə oturmuşdum. Telefonum birdən zəng çaldı, necə oldusa götürmədim. Baxdım ki, bir-birinin ardınca müxtəlif nömrələrdən zəng gəlir, dedim görəsən nə olub? Telefonu götürəndə dedilər ki, Ənvər müəllim, sizi təbrik edirik, “Xalq artisti” fəxri adına layiq görülmüsünüz. “Allah prezidentin canını sağ eləsin”-dedim. Bundan əlavə Mədəniyyət naziri Əbülfəs Qarayevə, Azərbaycan Kinemotoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovaya da təşəkkür edirəm.

- Etiraf edək ki, bəzi sənət adamları fəxri ad, mükafat, ev almaq üçün döymədikləri qapı, müraciət etmədikləri şəxs və yazmadıqları ünvan qalmayıb. Siz necə xalq artisti fəxri adını almaq üçün kiməsə müraciət etmisiniz?

- Heç vaxt kiminsə qapısını döyməmişəm. Bunu məni tanıyanlar gözəl bilir. Ancaq mənim həyat yoldaşım dünyasını dəyişməmişdən öncə xəbərim olmadan ev üçün müraciət etmişdi. O məktuba cavab gəldi ki, evimiz yoxdur, xahiş edirik öz imkanınız daxilində özünüzü evlə təmin edin. Biz kommunal evdə yaşayırıq. Mən əminəm ki, məktub yuxarılara gedib çıxmamışdı. Həmin məktub prezidentdə çatsaydı, mütləq ailəmi evlə təmin edərdi. 50 ildən yuxarıdır ki, kinostudiyadayam, 70-dən yuxarı filimə çəkilmişəm. Yaxın dostlarım bunları bilirdi, haradasa oturanda ürəyimizi boşaldırdıq.

- Sizə qarşı olan ögey münasibət, yəni sənətinizin vaxtında qiymətləndirilməməsi Milli Məclisdə də müzakirə olunub?

- Hə, Allah Fazil Mustafanın canını sağ eləsin, Milli Məclisdə məsələ qaldırdı. Sonra Xalq artisti Zeynəb Xanlarova onu dəstəklədi ki, Ənvər Həsənov qiymətini almayıb. Amma mən bu barədə heç kimə deməmişəm. 20-dən yuxarı deputat var, onların hər biri ilə dostam. Həmişə söhbət əsnasında deyirdilər ki, darıxma hər sey yaxşı olacaq. Ad çəkmək istəmirəm, amma məsələ Milli Məclisdə müzakirə olunmasaydı, yəqin ki, fəxri ad üçün təqdimatım gecikəcəkdi. Mənim belə görünməyimə baxma, çox sadə adamam.

- Azərbaycan kinosunda xetyli bir-birindən yadda qalan obrazlar yaratmısınız. Amma xalq sizi “Yeddi oğul istərəm” filmində Cəlal və “Uşaqlığın son gecəsi”ndə isə Murad obrazı ilə tanıyır. Bunun səbədi nədir?

- Filmlərdə yaratdığım obrazlar mənim üçün əzizdir. Ancaq bu vaxta kimi məni ya Murad cağırırlar, ya Cəlal. Yəqin ki, bu tamaşaçıların həmin obrazlara olan münasibəti və sevgisindən irəli gəlir. Bir də məni yaşadan xalqın obrazlarıma olan sevgisidir. Tamaşaçılar bunu mənə deyəndə çox sevinirəm.

- Cəlal sevdiyi qız üçün gözünü yummadan sinəsini güllənin qarşısına verdi...

- Yəqin ki, söhbət “7 oğul istərəm” filmindən gedir. Bəli, sevdiyim qız üçün sinəmi güllənin qarşısına verdim. O vaxtlar həyatda da belə idi. Gözəl illər idi, heyif...

- Niyə heyif?

- Yəqin ki, bu heyfin bir mənası var, elə-belə demədim. Zəmanə kimi insanlar da dəyişilib.

- Ənvər müəllim, yenidən cavan oğlan olsanız, lap elə Cəlal yaşında yenə sevdiyiniz qız üçün ölümə gedərsiniz?

- Əgər söhbət bu gündən və dövrün insanlarından gedirsə, yox, getməzdim.

- Səbəb?

- Zəmanə və insanlar başqalaşıb. O kinodur. Allah rəhmət eləsin Səməd Vurğuna, “Komsomol poemasını” elə gözəl yazıb ki, onu oynamamaq qeyri-mümkindur. Və o poemanı filmə çevirən gözəl sənətkarlarımız vardı. Bu gün onlardan tək-tükü qalıb. Təəssüflər olsun filimin bəstəkarı Xəyyam Mirzəzadə də bizi tərk etdi. O boyda “7 oğul istərəm”dən 3 nəfər qalıb- Şeyx Əbdül Mahmudbəyov, Rafiq Əzimov və mən. Çətindir, amma neynəyəsən, gərək zəmanə və insanlara uğyunlaşasan.

Bahar RÜSTƏMLİ
AzNews.az