- Qayıdış
- 14:40
- 1 009
Xocavəndə köçürülən daha 18 ailəyə açarlar təqdim edildi
Xocavənd şəhəri, eyni adlı kənd və Qırmızı Bazara köçürülən daha 18 ailəyə evlərinin açarları təqdim edilib.
Aznews.az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 6 (24 nəfər), Xocavənd kəndinə 6 (20 nəfər) və Qırmızı Bazar qəsəbəsinə 6 ailə (24 nəfər) köçürülüb.