Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 16 və 17 may tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə AzNews.az "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

Məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.