AB ilə Taliban arasında görüş olacaq: Rəsmən tanıyır?

Avropa Birliyi (AB) Taliban nümayəndələri ilə ilk görüşünü keçirəcək və miqrasiya məsələlərini müzakirə edəcək.

AzNews.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Avropa Komissiyasından isə bildiriblər ki, bu görüş AB tərəfindən Taliban hərəkatının rəsmi tanınması demək deyil.