“Mən mütləq danışacağam” “Mən mütləq danışacağam”

İlyas Tapdıq Yazıçılar Birliyini hədələdi

“Mən mütləq danışacağam”



"Burada tanışlıq olmamalıdır"

"Mən Yazıçılar Birliyi ilə mütləq danışacam. Bu belə olmaz. Yazıçılarımız Azərbaycanın gələcəyi olan uşaqlarımızı yaddan çıxarıb. Onların heç birisini uşaq mövzusu maraqlandırmır. Bəyəm onların evində uşaq yoxdur?". Bunu AzNews.az-a aşıqlamasında şair İlyas Tapdıq dedi.

Onun sözlərinə görə, uşaq ədəbiyyatı təkcə Qəşəm Nəcəfzadənin deyil, AYB-ın diqqətində olmalıdır: "Kim ağzını açırsa, Qəşəmdən yapışır. Qəşəm Yazıçılar Birliyində Uşaq Ədəbiyyatı sektorunun müdiridir. O, neyləsin? Ya gərək özü yazsın, ya da başqa yazıçılarımız. Başqaları da yazmır. Çünki ki, bu sahəyə maraq və diqqət yoxdur. Əslində bütün yazıçıların yaradıcılığında uşaq ədəbiyyatı olmalıdır. Bu bir qanun olmalıdır. Necə ki, əvvəl belə olub. Heç kəs uşaqlarımız haqqında düşünmür. İnternetlə böyüyən uşaq cəmiyyətə nə verəcək? Onun Azərbaycan folklorundan xəbəri olacaqmı?"

Şairin fikrincə, bu məsələdə yazıçılarla bərabər teatr rəhbərləri də məsuliyyət daşıyır: "Kukla teatrında əsərlər qoyurlar. Düzdür, bizimkilərin də əsərləri var. Amma etiraf edək ki, Azərbaycan folklorundan bəhs edən nağıllar azdır. Əksəriyyəti rus dilinə tərcümə olunan əsərlərdir. Bəs onda bu yazılan kitablar nə üçündür? Yazıçılar yazdıqları əsərləri səhnədə görmək istəyir. Görməyəndə də yazmaq istəmir.

Yazıçı üçün teatra yol tapmaq çətinləşib. Bu, hara gedir? Hər şey tanışlıqladır. Azərbaycanın gələcəyindən söhbət gedirsə, burada tanışlıq olmamalıdır. Gənc Tamaşaçılar Teatrının repertuarında uşaq tamaşaları görmürəm. Ancaq gənclər üçündür".

Bahar Rüstəmli
AzNews.az