- Qanundan kənarda
- 8 Noyabr 2018 12:42
- 1 669
18 yaşlı gənc yeznəsini bıçaqladı

Tovuz rayonunda bıçaqlanma hadisəsi olub.
Rayon sakini, 2000-ci il təvəllüdlü Həsən Əliyev ailə münaqişəsi zəminində yeznəsi, 1994-cü il təvəllüdlü İzzət Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən H.Əliyev isə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.(report.az)
AzNews.az