Əl çantasından 0,825 qram “marixuana” aşkar edilib Əl çantasından 0,825 qram “marixuana” aşkar edilib

İstintaq təcridxanasına narkotik vasitə keçirmək istəyən şəxs yaxalandı

Əl çantasından 0,825 qram “marixuana” aşkar edilib

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən AzNews.az-a verilən məlumata görə, cinayət məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş şəxs Əliyev Şahin Zahid oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasından 0,825 qram marixuana aşkar edilib.

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3-cü maddələrinə əsasən həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Abbasov Elnur Sərhəd oğluna qardaşı Masallı rayon sakini Abbasov Fərhad Sərhəd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan gödəkcənin cibindən ümumi çəkisi 0,034 qram olan 5 ədəd çətənə bitkisinin toxumu aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzNews.az