Hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində qeydə alınıb Hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

17 yaşlı yeniyetmə atasını balta ilə niyə öldürdü?

Hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını öldürən yeniyetmənin məhkəmə prosesi başlayır.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Quliyev Eşqin Ramil oğlunun məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 23-də hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.

Məlumata görə, R.Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu E.Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb, ona üstəlik, bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

Azər
AzNews.az