Xətai Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib Xətai Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib

Bakıda evdən 5 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Xətai Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib

Bakıda mənzillərin birindən qızıl oğurlayan şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 5-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.