Onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib Onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib

Tovuzda havaya atəş açan şəxs saxlanıldı

Onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib

Tovuz sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 25-də saat 1 radələrində Tovuz rayonunun Bayramlı kəndi ərazisində kənd sakini Ə.Alıyevin ailə-məişət münaqişəsi zəminində tüfəngdən havaya 1 dəfə atəş açması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Alıyev saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.

AzNews.az