Kürəkən qayınata və qayınanasını bıçaqladı

Hadisə Sabirabad rayonunun Axıska kəndində qeydə alınıb

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Axıska kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Əliyev İlqar Ağakişi oğlu və onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Əliyeva Ziyafət Səməd qızı kürəkənləri tərəfindən bıçaqlanıb. Yaralılar çoxsaylı bıçaq yaraları ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır