- Qanundan kənarda
- 30 May 2021 23:21
- 5 579
Goranboyda qadını maşın vurdu
Faktla bağlı araşdırma aparılır
Goranboyda piyadanın vurulması ilə nəticələn yol-qəzası baş verib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu keçmək istəyən rayonun Hazırəhmədli kənd sakini, 1982-ci il təvəllüdlü Bayramova Gülbəniz Ələmşahqızını vurub.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.