- Qanundan kənarda
- 30 May 2021 23:46
- 7 886
Xırdalan bazarında gənc oğlan öldürüldü
Faktla bağlı araşdırma aparılır
Xırdalan şəhərinin Qalubiyyə küçəsində qətl hadisəsi törədilib.
AzNews.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Xırdalan bazarı ərazisində baş verib. Öldürülən şəxsin üzərindən heç bir sənəd çıxmasa da, tanıyanlar onun Sərdar adlı gənc olduğunu bildirib. Həmin şəxsin bazarda satıcı işlədiyi məlum olub.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə, ölən şəxs boğazı kəsilərək qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.