- Qanundan kənarda
- 31 May 2021 11:32
- 6 876
Penitensiar xidmətin əsgəri özünü güllələdi
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.
AzNews.az bildirir ki, Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.
Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.