- Qanundan kənarda
- 1 İyun 2021 12:36
- 7 962
Ağcabədidə 15 yaşlı qız ana oldu
Faktla bağlı araşdırma aparılır
Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.
AzNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hamilə vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü S. İ-nin övladı dünyaya gəlib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir.