- Qanundan kənarda
- 3 İyun 2021 16:35
- 8 843
87 yaşlı qadını tövlədə bağlı saxlayan görün kim imiş...
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir
Gədəbəy rayonunda 87 yaşlı qadının əl-ayağını bağlayaraq tövlədə saxlayan qohumu barəsində cinayət işi başlanılıb.
AzNews.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 1934-cü il təvəllüdlü, Gədəbəyin İvanovka kəndində yaşayan Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayıldıqdan sonra Gədəbəy RPŞ əməkdaşları həmin kəndə gələrək qadını kənd ərazisində gəzərkən aşkarlayıblar:
“Onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra aidiyyəti qurumlara məlumat verilib. Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzinə yerləşdirilib. Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu, 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci ( Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir”.