Bakıda şəhər tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi başlayır Bakıda şəhər tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi başlayır

Bakıda tullantıların yığılması, daşınması və çeşidlənməsi layihəsi başlayır

Bakıda şəhər tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi başlayır

Böyük Britaniyanın “Mott McDonald” şirkəti ilə həyata keçirilən layihə iyulun 10-dan ilk olaraq Nərimanov rayonunda start götürəcək.

Artıq bununla bağlı hər məhəllədəki məişət tullantılarının atıldığı meydançada yeni, müasir tipli konteynerlər quraşdırılır.

Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Elçin Həşimov deyir ki, ayn 10-dan start veriləcək bu pilot layihə ilə bağlı Nərimanov rayonunun məhəllələrində sakinlərlə görüşlərə başlanıb: “Sakinlərə maarifləndirmə məqsədilə broşürlar, mənzillərdə çeşidlənmə üçün iki növ rəngli - həm yaşıl, həm də narıncı rəngli məişət zibil torbalarının paylanmasıdır. Yaşıl rənglilərə qarışıq zibillərin, narıncı rənglilərə isə təkrar emala gedəcək karton, kağız, şüşə, metal kimi materialların hansı rəngli zibil torbalarına və zibil meydançalarına gələn zaman hansı zibil konteynerlərinə atılması üçün maarifləndirmə tədbirlərinə start verilib”.

E. Həşimov qeyd edib ki, Nərimanov rayonunda yerləşən məişət tullantılarının toplanması üçün rayonun bütün nöqtələrində zibil konteynerləri quraşdırılacaq: “Hazırda zibil meydançalarının yerinin betonlaşma işi yekunlaşmaq üzrədir. Zibil qutularına üzərində xüsusi yazıların da yapışdırılması işi yekunlaşdırılır. Ayın 10-u bitəcək”.

Təsərrüfat Birliyinin sədri bildirib ki, aprel ayında aparılmış monitorinqlərin yekunlarına əsasən, Nərimanov rayonu ərazisindən gün ərzində çıxan bütün məişət tullantılarının təxminən 30 faizi təkrar emala gedən materialdır. Yerdə qalan 70 faiz isə emal olunmayan qarışıq tullantılardır.

Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, məhəllə sakini Miri Həsənov qeyd edib ki, əvvəl zibilləri kim hara istəyirdi ora atırdı: “Bu gün konteynerlərin gətirilməsi birbaşa ailədə, həyətdə sağlamıq yaratmaqdır. Orda əlində olan zibili hər hansı bir bağlı qutuya atırsansa, həm onun yenidən istehsalı üçün dövlətə, xalqa xeyri var, həm də insanların sağlamlığı üçün böyük əhəmiyyəti var”.

Sakinlərə prosesləri izah etmək məqsədilə müvafiq qurumların nümayəndələri əhali ilə məhəllələrdə görüşlərə başlayır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, binalara izahedici broşüralar paylayırlar.

Qeyd edək ki, gələcəkdə bu işlər şəhərin başqa rayonlarında da aparılacaq. (APA)