Rusiya Azərbaycanın təklifini dəstəklədi

“Bu sessiyanın qurucu ab-hava ilə keçərək dayanıqlı qərarların verilməsilə başa çatacağına şübhəmiz yoxdur"

BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə mübarizəyə, onun fəsadlarını yumşaltmaqla bağlı tədbirlərə həsr olunmuş xüsusi sessiyanın keçirilməsinə dair Azərbaycan Respublikasının təşəbbüsü 130-dək üzv dövlət tərəfindən dəstəklənib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu təşəbbüsü həftəlik brifinqdə şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Azərbaycanın bu addımını dəstəklədiklərini dilə gətirib:

“Bu sessiyanın qurucu ab-hava ilə keçərək dayanıqlı qərarların verilməsilə başa çatacağına şübhəmiz yoxdur. Bu səpgidə maraqlı müzakirələr gözləyirik. Nyu-Yorkda epidemioloji vəziyyətin gərgin olması nəzərə alınsa, həmin xüsusi sessiyanın məsafəli formatda keçirilməsi nəzərdə tutulur. Hazırda müvafiq prosedurların razılaşdırılması aparılır”.