"Boş qalmış "papaqlar" bunlara çox pis təsir edib" - BAXCP-nin sədr müavini

Niyaməddin Orduxanlı: "Öz dayılarının boş qalmış papaqlarının dərdini çəkilər"

"Boş qalmış erməni papaqlarının dərdini çəkənlər, Bakıda yaşayan ermənilərin qohumlarıdır. Dayılarının dərdini çəkirlər" Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkının açlışından sonra bəzi şəxslərin sosial şəbəkədə ermənilərdən götürlən qənimətlərin nümayişinə etiraz ediblər.

Bununla bağlı "Aznews.az" saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, Qənimətlər Parkının açlışı çox önəmli bir hadisədir:

"Azərbaycanda Cənab Preizdent İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında təltif edilən hərbiçilərin önündə çıxış edərək, bir daha 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, dövlətinin və onun şanlı ordusunun tarix qələbəsindən bəhs etdi. Xalqımızın son 300 illik tarixi bir qələbəsindən danışan Ali Baş Komandanın bir daha bütün dünyaya mesajını gördük. 30 il işğal altında qalan torpaqlarımızın 1 sm.-dən belə keçilmədiyini və bundan sonra da heç bir halda torpaqlarımızı ermənilərə verilməyəcəyini bəyan etdi. Prezident son 17 ildə hər zaman bütün dünyaya bəyan edirdi ki, Azərbaycan xalqı və onun Prezidenti imkan verməyəcək ki, Azərbaycan torpağında ikinci bir erməni dövləti qurulsun və Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayacaq. Prezidenti qələbmizin əsasını xalqımızın bir orduya çevrilməsində və cəsarətli ordumuzun əzimkar ruhda döyüşərək öz qədim torpaqlarını azad olunmasında gördü.

Ali Baş Komandan qəhrəmanlıq səlamasini yazan qorxmaq əsgər və zabirlərimizin, generallarımızın xidmətlərindən də bəhs etdi. Görüşdə həmçinin erməni və onların havadlarına çox sərt mesajı oldu. Revanş haqqında düşünən erməni faşitlərinə də açıq şəkildə dəmir yumruğu göstərən İlham Əliyev xalqımızın qəti və birmənalı mövqeyini xatırlatdi. Hərbi Qənimətlər Parkına gəldikdə isə, bu dünyanın bir sıra ölkələrində mövcuddur. Tarixdən dərs götürmək üçün bu cür parklar var. Bu parkın yüksək səviyyədə salınması həm də ermənilərin nə zamansa tarixi unutduqları yadlarına salınması üçün rol oyanacaq. İkinci dünya müharibəsindən sonra alman faşistlərinin törətdiyi bəşəri cinayətlərlə bağlı parklar da var və 70 il, 100 il keçməsinə baxmayaraq törədilən vəşiliklər və cinayətlər hələ də unudulmur. Onların hətta hərbi geyimləri, müharibə dövründə işlətdiyi qanunsuz silahlardan istifadə etməsinə dair faktlar bu gün də müzeylərdə saxlanılır və gələcək nəsillərə göstərilir.

Dünən Prezident İlham Əliyevin Qənimətlər Parkındakı çıxışından sonra Qərbin və Rusiyanın Azərbaycanda olan "5-ci” kalonu sosial şəbəkələrdə ermənilərin boş qalmış dəbilqələrinin “qayğısına” qalırdılar. Bu boş qalmış "papaqlar" bunlara çox pis təsir edib. Bu şəxslər aldqları tapşırığa uyğun olaraq, ermənilərin boş qalmış papaqlarınından istifadə edib, kampaniya təşkil edirlər. Ola bilsin ki, bu adamların bəziləri Azərbaycanda yaşayan 30 minlik erməninin nəvə-nəticələridir. Öz dayılarının boş qalmış papaqlarının dərdini çəkilər.

AzNews.az