Onların yayımı 2008-ci ildə yasaqlanmışdı Onların yayımı 2008-ci ildə yasaqlanmışdı

Rusiya TV-lərinin Gürcüstanda yayımı bərpa edildi

Onların yayımı 2008-ci ildə yasaqlanmışdı



Tiflisdə kabel operatorları Rusiya teleproqramlarınının yayımını bərpa edib. 2008-ci ilin avqustundakı Rusiyanın Gürcüstan ərazisini işğaldan sonra onların telekanallarının verilişlirinin yayımı da dayandırılmışdı.

Lent.az-ın "Vzqlyad"-a istinadən məlumatına görə, "7-ci kanal" kabel operatoru artıq Rusiyanın "Birinci" ("Pervıy"), "TV mərkəz" ("TV Tsentr") və daha bir neçə kanalını öz şəbəkəsinə daxil edib. Bu TV-ləri izləmək üçün ayda 2,5 dollara yaxın ödəniş edilməlidir.

Rusiya telekanallarının Gürcüstan ərazisində yayımı ilk dəfə 1990-cı illərində sonunda dayandırılıb. Bir müddət sonra bu məsələ kabel TV vasitəsi ilə həll olundu.

2008-ci ilin avqustunda da oxşar addım atılmışdı. Ancaq o zaman rəsmi Tiflis bildirmişdi ki, Moskva Gürcüstana qarşı "informasiya savaşı aparır" və buna görə Rusiya televiziya verilişlərinin yayımı bu ölkədə tamamilə dayandırmışdı.

AzNews.az