İran səfiri Azərbaycanı tərk etdi

"İranın Bakıdakı səfiri Möhsün Pakayin hazırda Azərbaycanda deyil"



Bu barədə Publika.Az-a səfirlikdəki mənbədən məlumat daxil olub.

Məlumatda deyilir ki, M. Pakayin ölkəsində təşkil olunan bayramla əlaqədar hazırda İrandadır.

Ehtimal var ki, səfir son günlər Azərbaycan ilə İran arasında yaranmış vəziyyəti də ölkəsinin məsul şəxslərinə çatdırıb. Hətta İranda bu istiqamətdə bir sıra məsələhətləşmələrin aparıldığı da güman olunur. Səfir Azərbaycana yaxın günlərdə qayıdacaq.


AzNews.az