- Köhnə - Region
- 7 Aprel 2013 08:10
- 2 842
Kerri 9 günlük səyahətinin ilk dayanacağında- VİDEO
ABŞ Xarici işlər Naziri Con Kerri Yaxın Şərq, Avropa və Asiyanı əhatə edəcək 9 günlük səyahətinin ilk dayanacağı olan Türkiyəyə getdi.
Hökumət təyyarəsində yaranan texniki nasazlıq səbəbindən ABŞ dövlət katibi Con Kerrinin Türkiyəyə nəzərdə tutulan səfəri bir neçə saatlıq təxirə salınmışdı. Belə ki, Vaşinqtondan İstanbula uçması nəzərdə tutulan təyyarənin yola düşməsinə az qalmış qapıda nasazlıq yaranmışdı. Dövlət katibi, onun yoldaşı, xidmətçi heyəti və cangüdənləri təyyarəni tərk etməli olublar. Bir müddət sonra dövlət katibinə təcili olaraq ehtiyat təyyarə təşkil olunub və o ən azı iki saat yubanma ilə yola düşüb.
AzNews.az