Bənövşəyi rəngli əskinaslar dövriyəyə buraxılacaq

Yeni, bənövşəyi rəngli 5 lirəliklər sabah bazara çıxarılacaq


Türkiyənin Mərkəzi bankının 2009-cu il yanvarın birində çıxardığı və tədavüldə olan birinci tərtib əskinaslara rəğmən, ikinci tərtib 200, 50 və 5 lirəlik banknotlarda imza dəyişikliyi ediləcək.
200 və 5 lirəlik əskinaslarda bankın prezidenti Erdem Başçı və prezident köməkçisi Mehmet Yörükoğlunun, 50 lirəliklərdə isə Erdem Başçı ilə yanaşı, yardımçısı Turalay Kençin imzaları olacaq.

Bu dəyişiklərdən savayı digərləri gözlənilmir, yəni əskinasların eni, boyu, ön və arxa səthindəki şəkillərdə dəyişiklik yoxdur.

Birinci və ikinci tərtib əskinaslar birlikdə tədavüldə olacaq.


AzNews.az