Rusiya ədliyyəsi şokda

Rusiyada həbsxanalarda təhlükəsizlik kameralarını kriminal aləmdə nüfuz sahibi olan Vyaçeslav Mjelskinin oğlu Pavel Mjelskiyə məxsus firma quraşdırıb.

Vyaçeslav Mjelski 1990-cı illərdə Balaşixa cinayətkar qruplaşmasının liderlərindən olub.

Vyaçeslav Mjelski qətlə yetirilmiş "Yaponçik" ləqəbli məşhur "qanuni oğru" Vyaçeslav İvankovla da yaxın münasibəti ilə də seçilib. 2011-2012-ci illərdə videokameraların quraşdırılması ilə bağlı Cəzaların İcrası Federal Xidmətinin keçirdiyi tenderin qalibi olan firmanın təsisçisi kimi Vyaçeslav Mjelskinin oğlu Pavel Mjelskinin adı qeyd edilib. Ancaq əslində firmanın gerçək sahibinin Vyaçeslav Mjelskinin özü olduğu də bəllidir.

Digər tərəfdən, bu yaxınlarda Cəzaların İcrası Federal Xidmətinin adı təhlükəsizlik videokameralarının alınması üçün ayrılmış 1,2 milyard rublun itməsi ilə bağlı qalmaqalda da hallanıb. Avadanlığın qiyməti şişirdilib, pul isə bir firmanın xətti ilə xaricə çıxarılıb. Üstəlik, alınan təhlükəsizlik sistemi komplekslərinin demək olar ki, hamısının yararsız olduğu üzə çıxıb.(lent.az)

AzNews.az